Məscidlərdə kütləvi namazlar ləğv edilib Türkiyədə

Məscidlərdə kütləvi namazlar ləğv edilib Türkiyədə

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə məscidlərdə cümə və camaat namazlarının qılınması ləğv edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaş açıqlamasında bildirib.

A.Erbaş qeyd edib ki, qərar təhlükə aradan qalxanadək qüvvədədir. İnsanlar evlərində namazı qılmaqla ibadətlərini davam etdirə bilərlər. Azanlar vaxtında oxunacaq və məscidlər açıq olacaq. Cümə namazını fərdi qaydada məscidlərdə qılmaq istəyənlərə məhdudiyyət qoyulmayacaq.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar Türkiyənin qarşılaşdığı böyük problemlərdən biri Ümrə ziyarətindən qayıdan vətəndaşların karantinə alınmasıdır. Ankara, Konya və Kayseridə tələbə yataqxanaları karantin şəraitinə uyğunlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə