Deputat Sədaqət Vəliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

Deputat Sədaqət Vəliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təşəbbüsü ilə Nizami rayonunda Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada iştirak edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva və YAP Nizami rayon təşkilatının könüllüləri rayon üzrə şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini, veteranlarını, aztəminatlı ailələri, əlilləri və tənhaları Novruz bayramı münasibətilə təbrik ediblər, sovqat paylayıblar.

Sakinlər də öz növbələrində Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə