Şahbuz rayonunun Nursu və Daylaqlı kəndlərinin və Şahbuz şəhərinin ərazisində 5,5 hektar sahədə yeni meyvə, 4 hektar sahədə isə üzüm bağının salınması nəzərdə tutulub. SİA xəbər verir ki, bunun üçün bağ salınacaq ərazilər müəyyənləşdirilib, tinglər tədarük olunub.
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə istifadə ediləcək meyvə tingləri, gül kolları və bəzək ağacları rayon Kommunal Müəssisələr Kombinatının tingçilik sahəsində yetişdirilir. Burada rayonun iqliminə uyğun cəviz, badam tumları əkilərək ting materialı kimi istifadə edilir.
Bu ildən başlayaraq isə tingçilik sahəsində həmişəyaşıl ağacların, müxtəlif gül kollarının, çinar və digər bəzək bitkilərinin qələmlərlə artırılmasına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB