Şirkətlər COVID-19 mualicəsinin sürətləndirməsi təşəbbüsünə qoşuldular

Şirkətlər COVID-19 mualicəsinin sürətləndirməsi təşəbbüsünə qoşuldular

COVID-19 Therapeutics Accelerator, araşdırma və inkişaf səylərini əlaqələndirəcək, dərman inkişafında maneələri aradan qaldıracaq və epidemiya ilə mübarizə aparacaq

SİETL, 12 mart 2020 -Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard müalicə tədbirlərini müəyyənləşdirmək, qiymətləndirmək, inkişaf etdirmək və genişləndirmək yolu ilə COVID-19 epidemiyasına cavab tədbirlərini sürətləndirmək üçün 125 milyon dollara qədər ilkin maliyyə vəsaiti ayırıblar. Tərəfdaşlar məhsulu aşağı resurs şəraitində əlçatan və sərfəli etmək də daxil olmaqla, bərabər imkanların yaradılması məsələsinə də diqqət ayırır. COVID-19 Therapeutics Accelerator yeni və yenilənmiş dərmanların və bioloji vasitələrin hazırlanmasını sürətləndirmək və onları qiymətləndirməklə ən qısa müddətdə COVID-19 yoluxmuş xəstələrin, uzun müddətdə isə digər virus patogenlərinin müalicəsində katalizator rolu oynayacaq. Hazırda, ortaya çıxan patogenlərlə mübarizə üçün geniş spektrli antiviral dərmanlar və ya immunoterapiyalar mövcud deyil və onların heç biri COVID-19 istifadəsi üçün təsdiqlənməyib.

Gates Foundation və Wellcome hər biri təşəbbüsə 50 milyon dollara qədər vəsait ayırır, Impact Mastercard Fondu isə sürətləndiricinin ilkin işininin təşkili üçün 25 milyon dollara qədər öhdəlik götürüb. Gates Foundation tərəfindən təqdim olunan maliyyələ onun keçən ay COVID-19-a qarşı cavab tədbirlərinə dəstək üçün elan etdiyi 100 milyon dollarlıq öhdəliyinin bir hissəsidir.

"COVID-19 kimi viruslar sürətlə yayılır, lakin onların qarşısını almaq üçün peyvəndlərin və müalicələrin inkişafı ləng gedir,"- bunu Bill & Melinda Gates Foundation-nun baş icraçı direktoru Mark Suzman deyib. "Dünyanı, xüsusən ən həssas sakinləri COVID-19 kimi xəstəliklərdən azad etmək istəyiriksə, araşdırma və inkişafın daha sürətli həyata

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə