Epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər Azərbaycanda

Epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər Azərbaycanda

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər. SİA-nın xəbərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik təklif edilir.

Epidemiya əleyhinə rejimin, sanitariya, gigiye və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə