"Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq" - Musa Quliyev

"Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq" - Musa Quliyev

“Telekanallardakı tibbi reklamlar bəzən vətəndaşın ziyanına işləyir. Yaxşı həkimin reklama ehtiyacı yoxdur”. SİA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

“Mən özüm də həkiməm. Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq. Tibbi reklamlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəyi əsasında verilməlidir”, - deyə komitə sədri qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə