AZAL: "Vəziyyət hər saat dəyişə bilər" ÖZƏL - AÇIQLAMA

AZAL: "Vəziyyət hər saat dəyişə bilər" ÖZƏL - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayılıb. Bununla bağlı SİA-ya açıqlama verən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski verib.

O bildirib ki, koronavirus infeksiyasının bütün dünyada yayılması ilə bağlı vəziyyət tez-tez dəyişir və məlumatlar cəmiyyətə operativ şəkildə çatdırılır: "Bilirsiniz ki, mövcud situasiya ilə bağlı vəziyyət hal-hazırda tez-tez dəyişir. Eyni zamanda dəyişən vəziyyətlə yanaşı bütün məlumatlar həm biz tərəfdən, həm də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi olaraq operativ şəkildə ictimaiyyətə çatdırılır".

Hazırda ölkədə dayandırılmayan uçuşlar haqqında məlumatla bağlı isə Paşa Kəsəmənski vurğulayıb ki, vəsiyyət hər an dəyişir: "Hansı uçuşların hələ də davam etdiyini demək çətindir. Çünki, vəziyyət hər saat dəyişə bilir".

Qeyd edək ki, Operativ Qərargahın məlumatına əsasən son 24 saat ərzində 16, 17, 18 və 24 mart tarixinə olan bir sıra uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə