Əlliliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təyin edəcək

Əlliliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təyin edəcək

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat İlham Məmmədov əlilliyinin müəyyən edilməsi proseduru ilə bağlı Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin iştirakı ilə ictimai dinləmənin keçirilməsini təklif edib. SİA-nın xəbərinə görə, deputat bildirib ki, əlilliyin müəyyən edilməsində çox ciddi problemlər var: “Çünki bu məsələ ilə bağlı mövcud problemləri hər iki qurum bir-birinin üstünə atır. Bu məsələ həll edilməlidir”.

Komitə sədri Musa Quliyev deputatin təklifinə cavab olaraq bildirib ki, əlillik meyarlarının müəyyənləşdirilməsi ilə bağlı təkmilləşdirmə işləri aparılır: “Əlliliyin ilkin təyin olunması da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə