Fəzail Ağamalı: “Səfirlərin İctimai Palata deyilən qurumun nümayəndələri ilə görüşü beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır” - MÖVQE
Xarici ölkələrin Azərbaycandakı səfirlərinin müxalifət nümayəndələri ilə gizli görüş keçirmələrini Azərbaycanın daxili işlərinə müdaxilə və beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndiririk. SİA-ya açıqlamasında bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı aprelin 8-də Qərb ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərin, o cümlədən bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin İctimai Palatanın rəhbərliyi ilə görüşünə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, həmin görüşdə iştirak edən xarici ölkələrin diplomatları mənsub olduqları dövlətin rəsmi mövqeyinin daşıyıcılarının olmadığını güman edir: "Onlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozduqlarına görə izahat verməlidirlər. Bu gün Azərbaycanla Avropa İttifaqına daxil olan ölkələr arasında münasibətlər yüksək səviyyədədir və bunu dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, imzalanan birgə bəyannamələr və çoxsaylı sazişlər də təsdiq edir".
F.Ağamalı söyləyib ki, bir sıra ölkə diplomatlarının söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququnun pozulması ilə bağlı cəfəng fikirləri həqiqətə uyğun deyil. O. bildirib ki, Azərbaycana yönəlik çirkin məqsədlərin həyata keçirilməsinə imkan verməmək üçün xalqı avantüralara və xəyanətə qarşı səfərbər olmağa və radikal müxalifətin dağıdıcı hərəkətlərinə qoşulmamağa çağırır.
Son vaxtlar İctimai Palata adlandırılan qurumun, əslində Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyalarının mitinq keçirməklə bağlı cəmiyyətdə yaratmaq istədikləri ajiotajın mahiyyət etibarilə ölkəmizdə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərin əvvəllərindəki ağır və fəlakətli duruma salmaq olduğunu deyən AVP sədri bildirib ki, radikal müxalifət özləri üçün xüsusi imtiyazlar əldə etmək istəyir: "Radikal müxalifət mitinq keçirmək üçün təklif olunan məkandan düşünülmüş şəkildə imtina etməklə, əhalinin gur, nəqliyyatın intensiv olduqları yerlərdə qarşıdurma yaratmaq məqsədlərini önə çəkməkdə cızdığı planla hərəkət etməkdə və antiazərbaycan əhval-ruhiyyəsini formalaşdırmaqdadırlar. Bu baxımdan 8 aprel 2011-ci ildə Müsavat Partiyasının qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel, Avropa Birliyinin Azərbaycandakı səfiri R.Kobia, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri K.Yerokostopulos, ABŞ-ın, Fransanın, İtaliyanın, Avstriyanın, Norveçin, Polşanın, Bolqarıstanın və digər ölkələrin səfirləri və diplomatları ilə rəsmi qurum olmayan İctimai Palatanın təmsilçiləri ilə qapalı görüşün keçirilməsi dediklərimizi birmənalı olaraq təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB