Azərbaycanda koronavirusa daha 2 yoluxma faktı qeydə alınıb - Operativ Qərargah
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2 yoluxma faktı qeydə alınıb.
SiA Nazirlər Kabineti yanında Operativ Qərargahdan "AZƏRTAC"a verilən məlumata istinadən bildirir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB