Trkiyədə qalan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq - Operativ qərargah
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı martın 15-də əlavə məlumat veriləcək.
SİA Nazirlər Kabineti yanında operativ qərargaha istinadən bildirir ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB