"Azərbaycan hökumətinin gördüyü tədbirlər təqdirəlayiqdir" - AÇIQLAMA

"Azərbaycan hökumətinin gördüyü tədbirlər təqdirəlayiqdir" - AÇIQLAMA

“Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargah çox ciddi işləyir. Əgər böyük dövlətlər koronavirusdan heç cür yaxa qurtara bilməyibsə, Azərbaycanda da kimsə virusun yayılmayacağına zəmanət verə bilməz. Ona görə qabaqlayıcı tədbirlər görülməlidir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, bu çərçivədə Azərbaycan İranla və Gürcüstanla sərhəddini bağlayıb: “Azərbaycanda bu günə qədər virusa yoluxma 19 nəfərdə qeydə alınıb ki, onlardan İrandan və İtaliyandan gələn insanlarda olub. Bu epidemiyadan bir nəfər dünyasını dəyişib. Bütün hallarda Azərbaycan hökumətinin gördüyü tədbirlər təqdirəlayiqdir. Dərslər sonra da keçirilə bilər, bir çox fəaliyyətlər daha sonra da davam etdirilə bilər. Dövlətin ən böyük neməti onun insanlardır və bu barədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirilməlidir”.

C.Nuriyev söyləyib ki, hökumət həddindən artıq fəal işləyir: “ÜST-nın tövsiyyələrinə nəzər salsaq qəbul olunan tövsiyyələrdir. Lakin ÜST bu tövsiyyələri etməzdən öncə də Azərbaycan hökuməti lazımı tədbirləri görüb. Bu virusun genetikası müəyyən edilmədiyi üçün səhiyyə bu virus qarşısında hazırda acizdir. Təbii ki, ÜST də çalışır ki, bu virusdan dünyasını dəyişənlərin sayı az olsun. Lakin Azərbaycan lazımı bütün tədbirləri görür. Eyni zamanda Azərbaycan ÜST-na, qonşu İran dövlətinə yardım edib. Bütün hallarda Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiqdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə