Covid-19-un ağciyərlərə zərərini göstərən rentgen və tomoqrafiya şəkilləri - FOTOLAR

Covid-19-un ağciyərlərə zərərini göstərən rentgen və tomoqrafiya şəkilləri - FOTOLAR

Çində ilk dəfə 12 dekabrda təsbit edilən və 3 aydan sonra pandemiyaya çevrilən yeni növ koronavirusa yoluxmuş xəstələrin ağciyərlərində yaratdığı zədələnməni rentgen şüaları kimi radioloji görüntülərdə görmək mümkündür.

Şimali Amerika Radiologiya Dərnəyi virusla əlaqədar araşdırma çərçivəsində Covid-19 xəstələrinin ağciyərlərinin tomoqrafiya və rentgen şəkillərini yayımlayıb.

Vuhan şəhərindəki balıq bazarında nəqliyyat işçisi olan, koronavirusun mənbəyi olduğu düşünülən 44 yaşlı kişinin rentgen görüntülərində "opakifikasiya (buzlu şüşə görünüşlər)" adlanan ağ ləkələr xəstədə əmələ gələn sətəlcəmin ölçüsünü əks etdirir.

Kəskin tənəffüs çətinliyi sindromu və ağır sətəlcəm diaqnozu qoyulan xəstə 13 gün yüksək hərarət və öskürək səbəbilə xəstəxanaya müraciət etdikdən bir həftə sonra ölüb. Söz mövzusu xəstə Covid-19 yoluxması şübhəli olaraq təsvir edilib.



Radioloqlar, virusun tanıması və müalicəsi üçün aparılan tədqiqatlarda tomoqrafiya şəkilləri sayəsində lezyonların paylanmasının daha aydın şəkildə başa düşülməsinin vacib olduğunu vurğulayırlar.


Covid-19-dan sətəlcəm olan 54 yaşlı bir qadının transversal və koronal kompüter tomoqrafiyası görüntülərində yuxarı lobda ağciyər zədələrinə daha çox rast gəlinir.


Vuhan şəhərindən döndükdən sonra bir həftə ərzində hərarəti 38,5 dərəcədən aşağı düşməyən, öskürək, nəfəs darlığı və zəiflik əlamətləri ilə xəstəxanaya yerləşdirildikdən sonra Covid-19 testi həyata keçirilib. Müsbət test nəticələri olan xəstəyə sətəlcəm diaqnozu qoyulub. Xəstənin simptomlarının müalicə ilə yüngülləşdiyi bildirilib. SİA-nın məlumatına görə, xəstənin simptomlarının müalicə ilə yüngülləşdiyi bildirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə