Azərbaycan və Türkmənistan Xəzər dənizində birgə addımlar atacaq

Azərbaycan və Türkmənistan Xəzər dənizində birgə addımlar atacaq

Azərbaycan və Türkmənistan Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunması istiqamətində səylərini artırırlar. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı deyib.

Onun sözlərinə görə, bu ilin 11 mart tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə