Bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənovla Ermənistan müdafiə naziri müdafiə naziri David Toroyanın görüşünə ehtiyac varmı? Məsələ ilə bağlı SİA-ya açıqlama verən müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu məsələ iki məqam var: “Heç bir halda istəməzdim ki, Zakir Həsənov David Toroyanla görüşsün. Ona görə ki, Toroyan özünün baş naziri kimi cinayətkardır və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən şəxsdir. O dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edir və o səfərlərdə də Azərbaycanın ünvanına başından yekə sərsəm fikirlər səsləndirib. Ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan Vyanada görüşəndə həmin günün səhərisi Toroyan Vaşinqtonda Azərbaycana hədələyici bəyanatlar səsləndirmişdi. O işğalçı dövlətin müdafiə naziridir. Onlar Rusiyanın vassalıdırlar və Rusiyadan verilən göstərişləri yerinə yetirirlər. Əgər Toroyan beynəlxalq hüquq və normalara hörmətlə yanaşmırsa Azərbaycan müdafiə naziri onunla görüşüb nəyi müzakirə edəcək? Atəşkəslə bağlı məsələləri müzakirə etsə də həyasızlıqları o dərəcədədir ki, atəşkəsi davamlı şəkildə pozurlar. Ötən gün Naxçıvan istiqamətində də ermənilərin həyasızlığı onu deməyə əsas verir ki, onları yalnız Azərbaycan əsgərinin gülləsi düzəldə bilər. Necə ki, Azərbaycan Ordusu 2016-cı ildə qısa müddətdə onları başa saldı. Düşünmürəm ki, Zakir Həsənov Toroyanla hansısa məsələləri müzakirə etsin. Ermənistanın Azərbaycan Ordusu ilə rəqabət gətirmək imkanı çox aşağıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB