Dünyanı bürüyən COVID-19 adlı yeni növ koronavirusla mübarizə üsülu günü-gündən təkmilləşdirilir və əsasən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu istiqamətdə coğrafi cəhətdən daha geniş miqyaslı hərəkətə keçib. Belə ki, müxtəlif ölkələrlə sıx əməkdaşlıq həyata keçirilir, müvafiq tədbirlər planları müəyyənləşdirilir, bəşər övladının adıçəkilən virus qarşısında qalib olması üçün lazım olan bütün addımlar atılır.
Bu, eyni zamanda insanlarda məsuliyyət hissini artırır
Onu da qeyd edək ki, ÜST-nın rəsmi saytı da fəaliyyət göstərir və gündəlik olaraq koronavirusun hansı ölkələrdə nə qədər yoluxması barədə, həyatlarını itirinlərin sayı haqqında, həmçinin sağalmalar haqqında məlumatlar ictimailəşdirilir. Bu, eyni zamanda insanlarda məsuliyyət hissini artırır, virusdan müdafiə olunmaq üçün daha geniş spektorlu tədbirlər görməyə vadar edir. Çünki yoluxucu virusun əsas təhlükə mənbəyi hava və damcı yolu ilə keçməsidir. Ona görə də, ÜST ondan qorunmaq üçün ən optimal variantları dərhal dünya ictimaiyyətinin nəzərinə çatdırır.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə də məlumat verilib və ölkəmizin koronavirsusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, ÜST-lə əməkdaşlıq məsələsi təqdir olunub.
Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır
Yeri gəlmişkən, hazırkı dövrə qədər Azərbaycan COVID-19-un az sayda idxalını təsdiqləyib. Ölkə İranla bir sərhədi bölüşür, burada COVID-19 ilə bağlı bir çox hal təsdiqlənib. Məlum olub ki, Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır və bu faktın özü də sübut edir ki, ölkəmizdə təhlükənin qarşısının alınması, əhalinin qorunması üçün ən kiçik detallar belə araşdırılır, mühüm önləyici addımlar atılır. Daha dəqiq desək, əgər qonşu İranda yoluxma və s. halları artan istiqamətdə gedirsə, bu dövlətlə qonşusu olan ölkəmiz həmin təhlükədən maksimum şəkildə qorunur. Belə ki, bunun üçün Azərbaycanda bütün imkanlar mövcuddur və dövlət koronavirusla mübarizə faktorunu daim ciddi nəzarətdə saxlamaqdadır.
Azərbaycan tərəfindən ÜST-nın strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırılıb
Digər tərəfdən, daha bir mühüm amil budur ki, Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqələli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nın strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırılıb. Məhz bu reallığın özü də sübut edir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də daim beynəlxalq əməkdaşlıq məsələsi öncüllük təşkil edir. Eyni zamanda, qeyd etmək yerinə düşərdi ki, əgər COVID-19 artıq panemiya mərhələsinə keçid alıbsa, ölkəmizin onunla mübarizədə beynəlxalq çərçivədə fəaliyyət göstərməsi həm ÜST tərəfindən, həm də dünyanın bir sıra ölkələri tərəfindən alqışlanır. Bu, həm də Azərbaycanın humanitar missiya sahəsində də liderlik mövqeyini təsdiq edən reallıqdır.
Bəşər övladı COVID-19-a qalib gələcək!
Başqa tərəfdən, ölkəmiz başqa xarici ölkələrə mühüm nümunə rolunu oynamaqdadır Azərbaycan hökumətinin nəinki koronavirusla mübarizədə, eləcə də digər sahələrdə humanitar mövqeyini ortaya qoyması, problemlərin həllinə töhfələri, dəstəyi əlbəttə ki, birmənalı şəkildə alqışlanmaqdadır.
Sonda isə qeyd etmək yerinə düərdi ki, dünyanın elm və texnika cəhətdən inkişafı və tərəqqisi də insanlarda belə bir təəssürat yaradır: bəşər övladı çox qısa zamanda dünyanı cənginə alan COVID-19-a qalib gələcək və onun bir daha geri qayıtmaması üçün bütün gücünü səfərbər edib, insanlığın gücünü göstərəcək. İnsanlığın qorunması üçün koronavirusla belə bir amansız mübarizədə Azərbaycanın da yer alması əlbəttə ki, sevindirici və qürurdoğurucudur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB