Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti uzadıldı 9 ay

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti uzadıldı 9 ay

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay müddətinə uzadıldı. SİA-nın xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortanlanması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun III maddəsində “4 ( dörd ) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz edilsin.

Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 2019-cu il fevralın 19-da Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılıb.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə