Dünya üzrə koronavirusa yoluxanların sayı artıb

Dünya üzrə koronavirusa yoluxanların sayı artıb

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son statistik məlumatları və risk göstəricilərini yayımlayıb. SİA xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə və ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb.

Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə