Novruz bayramı ilə bağlı hansı dezinfeksiya işləri görüləcək? ÖZƏL - AÇIQLAMA
"Təkcə Novruz bayramı ilə əlaqədar deyil, gün ərzində mütəmadi olaraq bütün platformalarda gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar aparılan dezinfeksiya işlərinin daha da gücləndirilməsi və ya xüsusi tədbirlərin görülməsi ilə bağlı suala şöbə müdiri cavab olaraq bildirib ki, hazırda dezinfeksiya işləri gücləndirilmiş şəkildə bütün ərazilərdə davam etdirilir.
O əlavə edib ki, xüsusilə özəl sektorlarda dezinfeksiya işlərinin aparılması üçün ərazi dezinfeksiya şöbələrinə müraciət edilməlidir: "Müraciət etdikdən sonra xüsusi müqavilələr bağlanmalıdır ki, onlara xidmət göstərilsin. Bu gün hamı əlindən gələni əsirgəməməlidir".
Qeyd edək ki, hazırda məktəbəqədər hazırlıq müəssisələrində, məktəblərdə, ali təhsil müəssisələrində və ictimai nəqliyyat vasitələrində dezinfeksiya işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB