Hollivudun ulduz aktyoru koronavirusa yoluxdu

Hollivudun ulduz aktyoru koronavirusa yoluxdu

ABŞ-ın dünya mmiqyasında tanınmış aktyoru, Hollivud ulduzu Tom Henks, eləcə də arvadı Rita Uilsonun koronavirusa yoluxduqları bəlli olub. SİA-nın məlumatına görə, bunu ulduz aktyorun özü Tvitter səhifəsində yazıb. Onun yazdığına görə o və həyat yoldaşı hazırda Avstraliyadadırlar.

“Biz koronavirusla bağlı analiz verdik və cavab müsbətdir”, deyə Henks yazıb və onu da qeyd edib ki, tələb olunan karantin və müalicə qaydalarına uyğun olaraq bir müddət cəmiyyətdən təcrid olunacaqlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə