Koronavirusda son vəziyyət - ARAŞDIRMA

Koronavirusda son vəziyyət - ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatı ÜST yeni koronavirusun (Covid-19) pandemiya olaraq xarakterizə edildiyini açıqlayıb. SİA-nın araşdırmalarına görə, Çində yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 3172-yə yüksəlib. Dünyada görülən yoluxmaların sayı 126 mindən çox olduğu baxmayaraq 68 mindən çox insan xəstəlikdən sağ çıxıb. Ölənlərin ümumi sayı 4600 nəfəri keçib.

ABŞ Avropadan uçuşları dayandırır

ABŞ prezidenti Donald Trump, cümə gecəsindən etibarən Avropadan gələn bütün səyahətləri 30 gün ərzində təxirə saldıqlarını, sadəcə İngiltərə və Türkiyəndən uçuşların qəbul ediləcəyini açıqlayıb.
Trump ABŞ-ın yeni növ koronavirus xəstəliyi ilə əlaqədar gördüyü tədbirlərlə əlaqədar danışarkən "Avropa Birliyi lazımi tədbirləri görmədi" deyib.

NBA bütün oyunları qeyri-müəyyən müddətə təxirə salıb

Amerika Basketbol Liqası (NBA) basketbol oyunçulardan birində yeni bir növ koronavirus (Covid-19) aşkar edildikdən sonra bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb. NBA-dan edilən yazılı açıqlamada, Yuta Jazz komandasının oyunçularından birində koronavirus aşkar edildikdən sonra ikinci bildiriş qədər bütün matçların ləğv edildiyi bildirilib.
Digər tərəfdən film çəkmək üçün Avstraliyaya səyahət edən Oskarlı Hollivud ulduzu Tom Hanks və həyat yoldaşı Rita Uilsonun koronavirusa yoluxduğu aşkarlanıb.

Avstraliyadan iqtisadiyyata 11 milyard dollarlıq koronavirus dəstəyi

Avstraliyada hökumət koronavirusun yayılması ilə ağır zərbə alan ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün bazarlara 11.4 milyard dollar pul vəsaitinin qoyulacağını açıqlayıb.

ABŞ paytaxtında fövqəladə hal elanı

ABŞ-da təsirli olan yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə paytaxt Vaşinqtonda "təcili vəziyyət" elan edilib. Washington DC Bələdiyyə Başçısı Muriel Bovser, mətbuat konfransında bölgədəki artan Covid-19 hadisələri səbəbiylə təcili vəziyyət elan etdiklərini açıqlayıb.
Paytaxt Vaşinqtonda bu günə qədər 4 yoluxma müəyyən edilsə də, bölgənin Merilend və Virciniya ştatlarında 9 yoluxmanın olduğu bildirilir.

İtaliyada aptek və bazarlardan başqa bütün müəssisələr bağlanıb

Martın 11-nə olan məlumata görə, dünyada koronavirusun baş verməsi ilə bağlı son hadisələr:

Bu gün İtaliyada 196 nəfər ölüb, ümumi ölüm 827 nəfərə yüksəlib. Avropada virusdan ən çox təsirlənən İtaliyada, bu gün yeni növ koronavirus səbəbiylə ölənlərin sayı daha 196 nəfər artaraq 827 nəfərə çatıb. Yoluxma sayı isə 12 min 460 nəfəri keçib. Yoluxma və ölüm hallarının artmasından sonra ölkədə aptek və bazar istisna olmaqla bütün müəssisələrin bağlanması qərara alınıb.

İtaliyanın Baş naziri Covid-19 səbəbiylə ölkə daxilində ictimai xidmətlər xaricində bütün ticarət fəaliyyətlərinin dayandırılacağını açıqlanıb.

Bundan əlavə, yeni növ koronavirus İtaliyada parlamentə də yayılıb. Ölkədəki mətbuatda, Covid-19 hadisələrinin ilk və intensiv olaraq İtaliyada görünməyə başladığı Lodigiano bölgəsinin millət vəkili, 46 yaşlı Claudio Pedrazzininin test nəticələrinin müsbət olduğu bildirilib. Pedrazzininin test nəticələrinin müsbət çıxması ilə parlamentdəki sırasına yaxın olan digər 14 deputatdan da iclaslarda iştirak etməmələri və evdə qalmaları istənib.

Avropada yoluxma hallarının və ölüm sayının artması

Yeni koronavirus növü (Covid-19) səbəbiylə Avropa ölkələrində ölüm artmaqda davam edir.
Bolqarıstanda yoluxmaların sayı 7 nəfərə yüksəlib və 62 yaşlı bir qadın koronavirus səbəbiylə ölüb. Səlahiyyətlilər ölkədə ilk dəfə koronavirus səbəbiylə həyatını itirdiyini və qadının 74 yaşındakı ərinin də vəziyyətinin ağır olduğunu bildirib.

Bu gün səhər ilk ölümlərin baş verdiyi Belçikada daha 74 və 86 yaşlarında iki nəfər həyatını itirib, ölənlərin sayı 3 nəfərə yüksəlib.

İsveç Xalq İdarəsi, ölkədə aşkar edilən koronavirus yoluxmalarının sayının 486 nəfər olduğunu və ilk dəfə virus səbəbiylə bir adamın öldüyünü açıqlayıb.

İspaniyada virusdan ölənlərin sayı 54 nəfərə yüksəlsə də, yoluxmaların sayı 200 mini keçib.

Yoluxmaların sayı da İngiltərədə 456, Danimarkada 340, Yunanıstanda 99, Çexiyada 75, Portuqaliyada 59, Sloveniyada 57, Rumıniyada 37-dir. Polşada 27-yə və Maltada 6 nəfərə yüksəlib.

Qətərdə yoluxmaların sayı 24 nəfərdən 262 nəfərə yüksəlib

Qətərdə 238 nəfərdə yeni koronavirusun (Covid-19) aşkarlandığı və şübhəlilərin sayının 262-yə çatdığı bildirilib. Qətər Səhiyyə Nazirliyi Covid-19 aşkarladığı insanların sayının dünən 24 nəfərə yüksəldiyini açıqlayıb. Açıqlamada virusa yoluxanların sağlamlıq vəziyyətinin yaxşı olduğu və lazımı müalicənin tətbiq olunduğu bildirilib.

Martın 12-nə olan məlumata görə, dünyada koronavirusun yayılması ilə bağlı son məlumatlar:

-Türkiyədə Səhiyyə Nazirliyi, bir nəfərin Covid-19-a yoluxduğunu açıqlayıb. Xəstənin vəziyyətinin yaxşı olduğu bildirilib.

-Fransada yeni tip koronavirus (Covid-19) səbəbiylə ölənlərin sayı 48 nəfərə, şübhəlilərin sayı isə 2281nəfərə çatıb.
-Slovakiya hökuməti yeni tip koronavirusun (Covid-19) səbəb ola biləcəyi problemlərin qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət elan edib.

Baş nazir Peter Pellegrini, verdiyi açıqlamada virusun yayılmasının qarşısını almaq üçün “Fövqaladə hal” elan etdiklərini və sabahdan etibarən etibarlı olacağını söyləyib.

- İngiltərənin səhiyyə nazirinin müavinində koronavirus aşkarlanıb.

-İtaliyada bir gündə 168 adam ölüb, şübhəlilərin sayı 10 mini keçib. Ölkəyə karantin qoyulub.

- Son 24 saat içərisində İranda daha 54 nəfər koronavirus səbəbiylə ölüb və minə yaxın yeni hal görülüb. Ölkədəki yoluxmaların ümumi sayı 8 min 42 nəfərə yüksəlib.

-Fransada mədəniyyət naziri Franck Riester koronavirusa tutulub.

- Şimali Kipr Türk Respublikasında ilk koronavirus yoluxması aşkarlanıb.

- Almaniyada ilk ölüm: 2 nəfər ölüb. Ölkədə yoluxmaların sayı 136 nəfərə yüksəlib.

-Danimarkada 172 yeni hal görülüb.

-İspaniyada son 24 saatda 5 ölüm hadisəsi baş verib, 443 yeni hadisə görülüb.

-Hollandiyada 61 yeni yoluxma müəyyən edilib və 4 nəfər ölüb.

-Fransada koronavirus səbəbiylə 30 nəfər ölüb. Hər il Parisdə 20 milyon insanın ziyarət etdiyi Disneylendin bir işçisində koronavirus testi müsbət olub.

-Cənubi Kiprdə ilk yoluxma aşkarlanıb.

-Digər tərəfdən Səudiyyə Ərəbistanı, ölkəyə girdikdən sonra sağlamlığı haqqında yanlış məlumat verənlərə 500 min rial cərimə ediləcəyini açıqlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə