Ümumdünya Səhiyyə Təşkilatı ÜST yeni koronavirusun (Covid-19) pandemiya olaraq xarakterizə edildiyini açıqlayıb. SİA-nın məlumatına görə, koronavirus epidemiyasında dünyada 4.200-dən çox itki yaşanıb.
Türkiyədə də çərşənbə axşamı gecəsi ilk yoluxma qeydə alınıb.
Cenevrədə açıqlama verən Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, epidemiyanın şiddətli səviyyədə yayılması narahatlıq doğurur. Bundan əlavə, Tedros virusa qarşı kifayət qədər tədbir görmədiklərini və bu vəziyyətdən narahat olduqlarını ifadə edərək "Mən bütün ölkələrə müraciət edirəm; təcili yardım mexanizmlərinizi işə salın. Vətəndaşlarınızla epidemiya riskləri və özlərini necə qoruya biləcəkləri ilə əlaqə saxlayın. Xəstəxanalarınızı hazırlayın. Səhiyyə işçilərinizi qoruyun və maarifləndirin".
Tedros açıqlamasına bu sözlərlə davam edib: "Əgər bütün ölkələr vətəndaşlarına vaxtında diaqnoz qoyar, test edər, müalicə edər, təcrid edər, müalicəsini düzhün izləyib vaxtında müdaxilə edərsə epidemiyanın gedişatını dəyiştirə bilərik.
İki həftə içində Tedros, Covid-19-a yoluxma hallarının sayının 13 dəfə artdığını və təsirlənmiş ölkələrin sayının Çindən kənarda 3 dəfə artdığını söyləyib və dünya miqyasında yayılan bir epidemiya mənasını verən Covid-19 üçün "pandemiya" qərarını elan edib".
Pandemiyanın yüngül və diqqətsiz bir söz olmadığını vurğulayan Tedros Ghebreyesus, "Bu, əsassız qorxuya, mübarizənin bitdiyini əsassız qəbul etməyə və sui-istifadə edildiyi təqdirdə lazımsız ağrı və ölümə səbəb olan bir sözdür" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB