Paşinyanın arzuları ürəyində qalacaq
Məlum olduğu kimi, qondarma "DQR"-də Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı bölgəsində qanunsuz prezident seçkisi keçirmək məqsədi ilə Dağlıq Qarabağa ardıcıl səfərlərə gedərək, yenə də düşünülməməiş addımlar atmaqdadır. Lakin Nikol Paşinyan anlamır ki, xarici siyasi arenalarda uğradığı diplomatik məğlubiyyətləri və ölkədaxili nüfuzunun sürətlə aşağı düşməsi faktı, nəticədə, xalqın iradəsi əleyhinə referendumun keçirilməsi qərarı onun küçədən birbaşa yiyələndiyi hakimiyyət kreslosuna əlvida deyilməsini tezləşdirəcək. Ancaq işğalçılıq siyasətindən əl çəkməyən Paşinyan, məhz bu vasitə ilə hakimiyyətinin ömrünü uzatmağa cəhd edərək, qarşılaşdığı məğlubiyyətlərini ört-basdır etməyə çalışır. Əbəs deyil ki, məlum Münhen məğlubiyyətinin ardınca Ermənistanın bir sıra ictimai-siyasi xadimləri, politoloqları, hətta sadə vətəndaşları tərəfindən məsxərəyə qoyulan erməni baş nazir xilas yolunu, məhz aprelin 5-də keçiriləcək referendumda axtarır. Bu yerdə sual yaranır: Paşinyan referendum vasitəsi ilə nəyə, kimlərə və ya hansı "strategiyasına" ümid edir? Əslində, erməni baş nazirin çıxış yolu, ümumiyyətlə, qalmayıb. Çünki onun referendum keçirmək haqqında parlamentdə qəbul etdirdiyi (!) qərar xalq tərəfindən, habelə, aktiv fəaliyyət göstərən çoxsaylı siyasi-ictimai təşkilatlar tərəfindən qəbul olunmur, rədd edilir. Məsələn, Ermənistanın tanınmış ictimai-siyasi klubu hesab edilən "Vernantun" bu günlərdə bəyanat yayıb və həmin bəyanatında ölkə konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilməsi nəzərdə tutulan referenduma qarşı çıxış edib. Kifayət qədər sərt və kəskin ifadələrlə müşayiət olunan bəyanatda bildirilir ki, aprelin 5-də təşkil olunan referendum antikonstitusion, qanunsuz və xalq əleyhinədir: "Referenduma konstitusiyanın artıq qüvvəsini itirmiş 213-cü maddəsində dəyişiklik məsələsi qaldırılıb. Bu, hüquqi mənada, nonsensdir. Referendumun keçirilməsi qərarı həm tərkibinə görə, həm də formasına görə həssasdır. Hakimiyyət parlament çoxluğunu bu kimi antikonstitusion prosesə qoşub və indi də Ermənistan vətəndaşlarını da həmin prosesə cəlb etməyə məcbur edir".
Siyasilər Qarabağ avantürasının tələsindən çıxa bilmirlər
Analitiklərin sözlərinə görə, əslində, Paşinyanın separatçıların rəhbəri Bako Saakyanla görüşü tamam başqa məqsədlərə xidmət edir. Məlum olduğu kimi fevral ayına planlaşdırdığı Qarabağdakı qondarma rejim "prezident seçkisi" keçirəcək. Paşinyan səfər çərçivəsində "prezidentliyə namizədlərlər"lə də görüşüb. Erməni baş nazir qondarma rejimin "rəhbərliyinə" öz adamını gətirmək üçün Qarabağdakı prosesləri nəzarətdə saxlamağa çalışır.
Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda narahatedici təlatümlər yaşanır: "Siyasilər Qarabağ avantürasının tələsindən çıxa bilmirlər. Fevral ayında Qarabağdakı qondarma rejim "seçki" şousu təşkil edəcək və separatçılar özlərinə yeni "lider" seçəcəklər: "Bir də düşmən tərəf qəti şəkildə dərk etməlidir ki, işğal olunmuş Azərbaycan torpaqları hər metrinə qədər ermənilərdən geri alınacaq. Bunun alternativi yoxdur. Paşinyan KTMT üzvlərinə çağırış edərək, Azərbaycana silah satılmamasını istədi. Buna reaksiyaları çox sərt oldu. Çünki qurumda təmsil olunan dövlətlərin siyasi elitaları yaxşı başa düşürlər ki, Azərbaycan anlaşılan siyasi xətt yürüdür. Ermənistan isə ərazi iddiaları ilə regionda ciddi qarşıdurma yaradır və öz müttəfiqlərini də bezdidirir. Ona görə də, Moskva və Minsk, o cümlədən, digər ölkələr erməni baş nazirin çağırışına istehzalı cavablar verdilər. İstənilən zaman anti-terror əməliyyatına başlaya bilərik və buna qadirik".
Separatçılar niyə narahatdır?
Politoloqların sözlərinə görə, separatçıların narahatlığı güclü Azərbapycan Ordusundandır. Çünki ermənimlər yaxşı bilirlir ki, Azərbaycan Ordusu ən yaxın zamanlarda onların ağalıq elədikləri torpaqları milli və dövlətçilik mənsubiyyətinə qaytaracaqdır. Belə olan halda, qondarma "Dağlıq Qarabağ"da seçkilərdə nələr ola bilər" sualının cavabının nəticəsini də yaxşı anlayırlar ki, Azərbaycan Ordusu Ermənistana ikinci aprel hadisəni yaşada bilər.
Politoloqların sözlərinə görə, Paşinyan Dağlıq Qarabağda seçkilər keçirməklə, qondarma rejimə legitimlik vermək istəyir. Politoloq Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan yaxın bir neçə il ərzində, artıq digər yollarla öz ərazi bütövlüyünü bərpa edəcək: "Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "Dağlıq Qarabağ"da keçiriləcək qondarma seçkilər Ermənistanın daxili siyasətində gərginlik yaradacaq. Yəni düşünülür ki, əgər Paşinyan Qarabağda qondarma seçkilərdə öz adamını qondarma Dağlıq Qarabağ rəhbərliyinə gətirə bilməsə, Ermənistanda Qarabağ klanı daha da güclənəcək və Ermənistan daxilində Paşinyana qarşı siyasi cəbhəni inkişaf etdirəcək, onun devrilməsi istiqamətində işlər aparacaq".
Bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur
Təəssüf ki, bu reallığı Paşinyan hələ də anlamır ki, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə, Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək.
Erməni politoloqları da bildirir ki, ölkədə yaranmış kritik vəziyyətə səbəb Paşinyanı sərsəm danışmağa sövq edir. Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"
Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".
"İlk növbədə, qeyri-legitim referendumu rədd etmək lazımdır ki, diktator rejiminin təyin olunması prosesi baş tutmasın" deyə həmin bəyanatda Ermənistan vətəndaşlarına çağırış olunub.
Xatırladaq ki, referendumda təklif olunur ki, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və daha altı hakim vəzifələrindən uzaqlaşdırılsın. Maraqlıdır ki, layihə Konstitusiya Məhkəməsinin daha iki hakimi - Arman Dilanyanla Vaqe Qriqoryana aid deyil. Belə ki, onlar Ermənistanın mövcud konstitusiyasının qüvvəyə minməsindən sonra bu quruma hakim seçiliblər. Onların hakimlik təkliflərini isə Paşinyan irəli sürüb. Məhz bu hal da kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, referendum oyunu erməni baş nazirin növbəti siyasi fırıldağıdır və xalqın həmin refrerenduma gedəcəyi, artıq diktator adlandırılmağa başlanılan Paşinyanın hakimiyyətinin uzadılmasına "hə" deyəcəyi inandırıcı görünmür.
Şübhəsiz, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur - məqamı gələndə, Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək və o torpaqlarda qanunsuz seçki oyunu keçirəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq və istəkləri də ürəklərində qalacaqdır".
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB