Koronavirus və qrip arasındakı FƏRQLƏR!

Koronavirus və qrip arasındakı FƏRQLƏR!

Koronavirusun göstəriciləri ilə qrip və soyuqdəymənin göstəriciləri arasında həm oxşar, həm də fərqli cəhətlər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, oxşar cəhtələr üstünlük təşkil etsə də, fərqli cəhətlər də az deyil.

Belə ki, fərqli cəhətlərə əsasən nə vaxt həkimə müraciət etmək lazım olduğunu müəyyən etmək mümkündür.

İlk növbədə oxşar cəhətləri sadalayaq. Qrip və soyuqdəymə zamanı hərarətin artması, yorğunluq və quru öskürəyə koronavirus zamanı da müşahidə edə bilərsiz. Həmçinin qrip və soyuqdəymə zamanı yaşadığımız şiddətli baş ağrısı, oynaq ağrıları koronavirusda bəzi hallarda müşahidə olunur. Qrip və soyuqdəymə zamanı burun axması və tez-tez asqırmaq müşahidə olunsa da koronavirus xəstələrinin çox az bir qismində bunlara rast gəlinir. Eyni zamanda burunun tutulması da koronavirusun simptomları arasında deyil.

Ən vacibi isə qrip və soyuqdəymə zamanı ağciyərlərdən meydanə gələn şiddətli nəfəs darlığı yaşanmır, lakin koronavirus zamanı isə şiddətli nəfəs darlığının müşahidə olunduğu qeyd edilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə