Polşa təhsil müəssisələrini bağlayır koronavirusa görə

Polşa təhsil müəssisələrini bağlayır koronavirusa görə

Polşada martın 16-da etibarən bütün ali və orta təhsil müəssisələri koronavirusa görə bağlanacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş naziri Mateuş Moraveçki açıqlayıb.

O bildirib ki, artıq Polşada rəsmi şəkildə 25 koronavirusa yoluxma halı qeydə alınıb: “ Ona görə də martın 16-dan etibarən bütün təhsil müəssisələri bağlanacaq. Artıq bizə məlum oldu ki, koronavirus ciddi fəsadlar yarada bilər. Bu baxımdan tez bir zamanda fəaliyyətə keçmək lazımdır, hazırda da Polşa tərəfindən virusa yoluxma halının qarşısının alınması istiqamətində çox yaxşı strategiya həyata keçirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə