Misir qəzeti: Azərbaycan Milli Məclisinə qadın sədrin seçilməsi gender bərabərliyinin göstəricisidir

Misir qəzeti: Azərbaycan Milli Məclisinə qadın sədrin seçilməsi gender bərabərliyinin göstəricisidir

Misirin nüfuzlu “Al-Diplomasy" qəzetində dərc olunan yazıda Azərbaycan Milli Məclisinə qadın sədrin seçilməsi gender bərabərliyinin göstəricisi kimi qiymətləndirilib. AZƏRTAC xəbər verir ki, baş redaktor Əşrəf Əbu Aarafini müəllifi olduğu "Qafarovanın parlament sədri seçilməsi 8 Mart sonrası gender bərabərliyinin rəmzi oldu” sərlövhəli məqalədə Sahibə Qafarovanın Azərbaycan Milli Məclisinin sədri seçilməsi haqqında məlumat verilib.

Məqalədə qeyd olunub ki, Milli Məclisin iclasında iştirak edən 116 deputat yekdilliklə yeni spikerin namizədliyini dəstəkləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə