Ötən gün Bakıda qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə özünü binadan atıb. O, intihara cəhd etməzdən əvvəl özünün şəxsi facebook səhifəsində intihar edəcəyi barədə, həmçinin intiharına səbəb olanların adlarını yazmaqla bu niyyətini reallaşdırıb. Belə ki, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə bu yazını yazdıqdan sonra özünü binanın 2-ci mərtəbəsindən ataraq intihara cəhd edib. SİA xəbər verir ki, A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri 24 yaşlı Ələkbərzadə Aysel Elşən qızının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:
Yasamal Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi qaldırılıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunan icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məsələ ilə əlaqədar Aysel Ələbərzadənin 7 illik dostu Nurlan Cəfəri SİA-ya açıqlamasında bildirib ki, Ayselin intihar etməsi bir neçə gündür ki, yaşadıqlarının nəticəsidir. Ona bir nəfərin böhtan atması, ona mənəvi zərər verməyə çalışanların bu böhtan vasitəsilə Ayseli mənəvi cəhətdən sıxışdırması və bu məsələdə bir çox insanın Ayselə yox, qarşı tərəfə dəstək verməsi, insaların Ayselə psixoloji təsir göstərməsi bu nəticəyə gətirib çıxarıb. Hadisə ilə bağlı onu deyə bilərəm ki, onunla bir evdə yaşayan şəxs saat 05:00 radələrində Ayselin özünü atdığını xəbər verdi. Biz gözləməzdik ki, Aysel intihar edər".
Ən son məlumata görə, Aysel Ələkbərzadənin onu ölüm həddinə çatdırmaqda günahlandırdığı Nurlan Libre öz şəxsi facebook hesabında özünün və Əsli Əlizadənin Yasamal Rayon Prokurorluğuna "Aysel Ələkbərzadənin intihara cəhd işi" ilə əlaqədar çağırıldığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB