İş üçün Azərbaycana gələn türklərin sayı azalıb

İş üçün Azərbaycana gələn türklərin sayı azalıb

2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı azalıb. SİA xəbər verir ki, Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən verilən statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 80 faiz azalıb.

Bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 1 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 3 046 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 8,3 faiz çoxdur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə