Aksiya iştirakçısı özünü binadan atıb. SİA xəbər verir ki, Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.
Xəbərdə deyilir ki, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən bizə verilən məlumata əsasən hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Hazırda şəxsin vəziyyəti ağır-stabildir. Eyni zamanda sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır.
Qeyd edək ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl "Facebook"da intihar edəcəyini açıqlayıb. Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB