Dünya bazarında neftin qiymətinin ucuzlaşması digər ölkələrdə olduğu kimi Azərbaycanda bəzi vətəndaşların narahatçılığına hətta təşvişinə səbəb olub. Hətta bu günlərdə çoxlu sayda insanların bankların qarşısında yığışması hallarına da rast gəlinir. Bəzi insanlar manatı dollarla əvəzləməklə hadisələri qabaqlayacağını düşünür. Bəs görəsən həyəcanlanmağa həqiqətən də əsas varmı? Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov söyləyib ki, hazırda təşvişə ehtiyac yoxdur.
Ekspert bildirib ki, neftin dünya bazartında qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına geniş mənada təsir etməyəcək: “Panikaya düşüb, əllərinizdəki qəpik-quruşu dollara dəyişməyə tələsməyin”.
P.Heydərov qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfer təşkil edir: “Belə ki, bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Və beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq. Maaş və pensiyaların ödənilməsində heç bir çətinlik, problem və sair yaranmayacaq”.
Ekspert hesab edir ki, dünya bazarlarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyət müvəqqətidir: “ Ona görə də manatı dollara çevirmək üçün lüzum yoxdur. Ölkədən kənara çıxmırsızsa, əlinizdə və ovcunuzdakı manatı xarici valyutaya dəyişmək mənasızdır. Boş yerə gərginlik yaratmayın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB