Mixail Qusman: “Münaqişənin nizamlanması Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır, digər tərəflər yalnız vasitəçi ola bilər” - MÜNASİBƏT

Mixail Qusman: “Münaqişənin nizamlanması Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır, digər tərəflər yalnız vasitəçi ola bilər” - MÜNASİBƏT
"Dağlıq Qarabağın statusu məsələsi müzakirə oluna bilər. Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində geniş muxtariyyət verilə bilər. Münaqişənin nizamlanması Azərbaycan və Ermənistan prezidentlərindən asılıdır, digər tərəflər yalnız vasitəçi ola bilər". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.

O qeyd edib ki, bu mövzuda əsas müzakirələr iki ölkənin prezidenti arasında aparılmalıdır, digərləri isə nüfuzundan yararlanıb bu prosesə yardım edə bilərlər: "Bunlar ATƏT-in Minsk Qrupudur, Rusiya da bu məsələdə kömək etməyə çalışır. Mən bilirəm ki, Rusiya prezidenti Dmitri Medvedyev bu problemin həlli üçün necə ciddi səylər göstərir. Lakin yenə də əsas danışıqlar ilk növbədə münaqişə tərəfləri arasında aparılmalıdır".

"Dağlıq Qarabağ münaqişəsi həll olunmaya bilməz, çünki ədalət anlayışı özü tələb edir ki, Azərbaycanın işğal altında olan əraziləri azad olunmalıdır. Fikrimcə, bu torpaqlar heç bir ilkin şərt irəli sürülmədən azad edilməlidir", - deyə M.Qusman əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə