Koronavirusdan son 24 saatda 19 nəfər ölüb

Koronavirusdan son 24 saatda 19 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 10-na olan son statistik məlumatları yayıb. SİA xəbər verir ki, virusa yoluxma hallarının sayı artıb.

Dünya üzrə yoluxma sayı ümumilikdə 115 ölkə və ərazi üzrə 114 422 nəfərdir. Son yoluxma sayı 60 nəfərdir. Onların içərisində 19-u yeni olmaqla 4027 şəxs artıq ölüb.

Bu günə qədər virus infeksiyasından 64 088 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə