Korona virusu ilə bağlı Gəncənin bazarlarında dezinfeksiya tədbirlərinə başlanılıb.
SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ölkənin ikinci böyük şəhərinin ən iri meyvə tərəvəz bazarında profilaktit dezinfeksiya işləri aparılır. Dezinfeksiya tədbirləri səhər saatlarında daha dəqiq desək bazar fəaliyyətə başlamamışdan öncə həyata keçirilir və məhz bundan sonra bazar fəaliyyətə başlayır.
Profilaktik tədbirlər çərçivəsində bazarın bütün hissələri dezinfeksiya olunub. Piştaxtalar, burada çalışan satıcıların və çalışanların soyunma geyinmə otaqları, kafe və digər iaşə obyektləri ərazidə fəaliyyət göstərən hotel kompleksi Almaniyadan gətirilən xüsusi məhlullarla tam dezinfeksiya olunub. Profilaktik tədbirlər, həmçinin, bazarın giriş çıxış hissələrində, avtomobil parkında da aparılıb. Koronavirusla bağlı həyata həyata keçirilən qabaqlayıcı tədbirlərin mütamadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB