Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 8-nə olan məlumatı açıqlayıb. SİA xəbər verir ki, məlumata əsasən, son 24 saat ərzində Bolqarıstan, Kosta-Rika, Farer adaları, Fransa Qvianası, Maldiv adaları, Malta, Martinika, Moldova Respublikasında koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 105 586 (3656 yeni)
Çində: 80 859 (46 yeni) 3100 ölüm halı (27 yeni)
Çinin xaricində: 24 727 yoluxma halı (3610 yeni) 484 ölüm halı (71 yeni) 101 ölkə/ərazi (8 yeni) ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB