Müayinədən keçən deputatlarda koronavirusun əlamətləri aşkarlanmayıb

Müayinədən keçən deputatlarda koronavirusun əlamətləri aşkarlanmayıb
Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Mətbuat Xidmətinin təhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb. Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə