Özlərini feminist adlandıran bir qrup qadının şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. SİA-nın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, aksiya keçirmək üçün uyğun yer təklif edilsə də, onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçiblər.
Məlumatda qeyd edilir ki, asayiş keşikçiləri aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırıb və bununla da ictimai asayişin pozulmasına imkan verilməyib. Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildiriblər.
Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanılıb və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar. Nazirlikdən bildirilib ki, saxlanılanlar arasında qadınlar olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB