Araşdırmaçı alim, Hacı İkram Müzəffəroğlu, dinşünas alim Hacı Teymur Quliyev və kinorejissor Emin Abbasovun SİA-ya müsahibəsi:
- Azərbaycanda dini tolerantlıq siz dindarları qane edirmi?
Hacı İkram Müzəffəroğlu - Şəxsən məni qane edir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna baxdıqda oraya bütün ölkələrdən təşrif buyuran elm adamları, QHT -nümayəndələri, siyasi xadimlər Azərbaycan haqqında gözəl sözlər deyirlər. Yəni bunu deməkdə məqsədim odur ki, ölkəmizdə gedən hərtərəfli inkişafı, dini tolerantlığı bizdən çox xarici ölkələrdə yaşayan insanlar görürlər. Bir var biz deyək, bir də var ki, xaricilər bu barədə öz fikirlərini bildirsinlər. Bu çox önəmlidir.
Hacı Teymur Quliyev - Ümumiyyətlə, tolerantlıq tərcümədə dözümlülük, məcazi mənada nifrətin olmaması, digər əqidənin sahiblərinə nifrətin olmaması, dünya görüşündə mövcud olan ixtilafların insanlar arasında ədavətə çevrilməməsini ehtiva edən məfhumdur. Min illər Azərbaycanda müxtəlif etiqadların istər islam dini hüdudunda, istərsə də ondan kənar da digər din nümayəndələri əl-ələ verib zəhmətə qatlaşaraq yaşayıb həyatından zövq alıblar. Azərbaycan bu sahədə nümunədir. Son illər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyev bu istiqamətdə mühüm işlər görür. Buna sübut Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsidir.
Din təkdir, allahın dini allaha təslim olmaq deməkdir. Dinlər sözü səhvdir. Çünki ilahi din təkdir. İnsanlar allahın dinini təhrif edərək müxtəlif dinlər əmələ gətiriblər. Onlara din demək bir dinşunas kimi bir qədər ağır gəlir. Amma biz bununla razılaşmalıyıq, kilsəyə buddist məbədinə gedib orada islam dininin həqiqətini göstərməyə cəhd edərək münaqişə yarada bilmərik.
Emin Abbasov - Dünya ictimaiyyətində, kütləvi informasiya vasitələrində, hər hansı bir xarici dövlətdə bilirlər ki, Azərbaycanda əqidə, tolerantlıq mövcuddur. Müxtəlif dinlərin bir-birinə hörmət etməsi mövcuddur. Bunun mövcudluğundan əlavə tarixə nəzər salsaq, bunu böyük tarixi kökləri var. Coğrafi xəritədə Azərbaycan Qərblə Şərqin bir- birinə toxunduğu torpaq olub. Burada daima müxtəlif din və ideologiyalar bir-birilə rastlaşıblar. Tarixə nəzər salsaq, ölkəmizdə bir din məzhəbin nümayəndəsi ilə digər bir din məzhəbi arasında qan davaları bizim tarixdə baş verməyib. Ölkədə tolerantlıq var. Buna xalq tərəfindən hörmət olunur. Ölkəmizdə digər dinərin nümayəndələri var ki, onlar əsrlə boyu bir- birilə xoş münasibətdə olublar. Lakin bu problemin olmadığı demək deyil. Dinlə bağlı problem yoxdur desək, bu da düz çıxmaz. Lakin əsas onların həll olunmasıdır. İndiyə qədər bu problemlər düzgün səviyyədə həll olunub, ümid edirəm ki, bundan sonra da həll olunacaq.
- Azərbaycan qanunvericiliyinə, konstitusiyaya görə, dini birliklərinin hakimiyyət uğrunda mübarizə aparması yolverilməzdir. Lakin bəzi dini qrupların bu cür iddalarla çıxış etməsinə sizin münasibətiniz necədir?
Hacı İkram Müzəffəroğlu- Əsl dindar heç zaman siyasətə qarışmır. Onlar allahı sevər, ibadət edirlər. Bəzi insanlar bilərəkdən, bəziləri isə bilməyərəkdən riyakarlıq edir. Belə adamlara dindar demək olmaz, onlar riyakardır. Həmin insanlar dinlərini alət ediblər. Həqiqi dindarlar allah sevər, gizli ibadət edərlər.
- Dindarların siyasi tələblər aksiya keçirməyə cəhd etməsinə zərurət varmı?
Emin Abbasov - Mən özüm gəncəm indiyə qədər dini təşkilatın siyasi tələblər irəli sürməsini müşahidə etməmişəm. Piket səviyyəsində hər hansı bir narazılıq olub, lakin bu narazılıq sırf dinlə bağlı olub. Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın dini vicdan azadlığı var. Bu da bizim tolerantlığımızın sivil və müasir əsasıdır. Ola bilər ki, hər hansı bir qurum məmuru, hər hansı bir səbəbdən yanlış insanların dini vicdan azadlığına toxunan mövzuya toxunsun və bu da böyük narahatlığa səbəb olsun. Bu problemin hər hansı bir dövlət qurumu tərəfindən həllini tələb etmək düşünürəm ki, siyasi tələb deyil. Siyasi tələb dövlət çevrilişinə dair yönələn tələblərdir. Bilirsiniz, heç bir ağlı başında olan insan, xüsusilə də dini əqidəsi olan insan, sivil şəxs heç zaman öz yaşadığı ölkədə vəziyyətin gərginləşməsini istəməz. Biz tərəqqi inkişaf istəməliyik. Çox qurum təşkilatlar var ki, ölkəmizdə tolerantlığın dağılmasını istəyirlər.
Hacı Teymur Quliyev - Məndə olan məlumatlara görə siyasi tələblər çıxış edən dini qruplar var. Bu şayə xarakterli bir məlumatdır. Hətta əlində silah hakimiyyəti ələ almaq istəyən qruplar da var. Lakin onların bu addımı düzgün deyil. Fövqəladə məsələ ilə bağlı dövlət başçısı ilə görüşmək, ona internet vasitəsilə məktubda yazmaq olar. Bununla ruhani idarəsi məşğul olmalıdır. Ruhani idarəni bir elm mərkəzi, rəhbər orqan kimi bilirik. Bunlar müvəqqəti hadisələrdir ki, o bir növ əks-səda xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB