Çinli alimlər koronavirus infeksiyasının simptomlarında dəyişiklikləri müəyyənləşdiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Sosial Elmi Tədqiqat Şəbəkəsi (SSRN) tərəfindən yayılan məlumatda bildirilir ki, xəstəliyin başlandığı dövrdə aşkarlanan simptomlarla, sonradan infeksiyaya yoluxanların əlamətləri arasında fərq müşahidə edilir.
Wuhan Universitetinin Xalq Xəstəxanasında 89 xəstənin gedişatını izlənib. Xəstələr iki qrup bölünüb - 16-22 yanvar tarixləri arasında yoluxanlar (31 nəfər) və 23-29 yanvar (58 nəfər) arasında yoluxanlar.
Birinci qrup xəstələrin əksəriyyətində yüksək temperatur, halsızlıq, əzələ ağrısı, bəlğəm müşahidə edildiyi halda, ikinci qrup xəstələrdə bu simptomlar demək olar ki, olmayıb və ya daha zəif formada aşkarlanıb. Hər iki qrupa daxil olan xəstələrdə ümumi simptomlar yalnız öskürək, ürək bulanması, ishal, sinə ağrısı olub.
Tədqiqat nəticəsində alimlər koronavirusun simptomlarının dəyişməsi qənaətinə gəliblər. Bununla yanaşı mütəxəssislər xəstəliyin inkubasiya dövrünün də uzandığını qeydə alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB