Ziya Zakir Acar: "AZƏRTAC Azərbaycanın bütün türk dünyasında xəbər elçisidir"

Ziya Zakir Acar: "AZƏRTAC Azərbaycanın bütün türk dünyasında xəbər elçisidir"

İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar “AZƏRTAC 100 yaşında” analitik məqaləsi ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, www.karstanhavadis.com saytında yer alan məqalədə agentliyin təsis olunması, sovet dövründəki fəaliyyəti, dövlət müstəqilliyimizin bərpasından sonrakı dinamik inkişafı barədə türkdilli oxuculara müfəssəl məlumat verilir.

Müəllif yazır ki, son illər böyük inkişaf yolu keçən AZƏRTAC hazırda dünya xəbər agentliklərini bir araya gətirən qurumlarda fəal təmsil olunur. Dünya xəbər məkanında böyük nüfuz sahibi olan agentlik Azərbaycanın başda Türkiyə olmaqla, bütün türk dünyasında xəbər elçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə