Naxçıvan Bölməsində Beynəlxalq Qadınlar Günü həsr olunan tədbir keçirilib
AMEA-nın Naxçıvan Bölməsində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, yığıncağı Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qadınların cəmiyyətimizdəki yeri, mövqeyi və rolundan danışıb. Qeyd edib ki, Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
O, Ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini, Ulu öndər tərəfindən həyata keçirilən bir sıra tədbirlər qadınların hüquqlarının tapdalanmasının qarşısını almağa yönəldiyini bildirib. Diqqətə çatdırıb ki, Ümummilli liderin qoyduğu ənənələr Prezidentimiz İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.
Akademik Naxçıvan Muxtar Respublikasında da qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını söyləyib. İsmayıl Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları təbrik edərək işlərində uğurlar arzulayıb.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevaya çıxış edərək ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB