Bakı-Sumqayıt yolunda genişləndirmə işləri davam edir AÇIQLAMA - FOTO

Bakı-Sumqayıt yolunda genişləndirmə işləri davam edir AÇIQLAMA - FOTO

Bakı-Sumqayıt yolu ətrafında genişləndirilmə işləri davam etdirilir və hazırda Beynəlxalq Avtovağzalın önündəki körpü genişləndirilir. Bunu SİA-ya açıqlamasında Bakı-Sumqayıt yolundakı genişləndirmələr üzrə mühəndis Cəmaləddin Xudabaxışov yol üzrə aparılan işlərin gedişatı haqqında məlumat verərkən deyib.

"Yolun genişləndirilməsi ilə bağlı hər bir ərazidə işlər davam etdirilir. Torpaq qazılır, yol geyiminin altı hazırlanır. Hazırda ərazidə geniş suvaq işləri gedir. Beton istinad divarları qurulur. Müxtəlif yerlərdə ayrı-ayrı nöqtələrdə aparılan işlər davam etdirilir".

O bildirib ki, yolun genişləndirilməsi işlərinə daha bir ərazi, Beynəlxalq Avtovağzalın qarşısındakı körpü də əlavə edilib:

"Beynəlxalq Avtovağzalın qarşısında körpü mövcuddur. Hazırda həmin körpüdə də genişləndirilmə işləri aparılır. əsas isə Xırdalan dairəsində tunel hissəsində suvaq işləri aparılır. Lakin hələ qazma işlərinə başlanılmayıb. Əsas yolda aparılan işlərin tam şəkildə yekunlaşdırlması isə ilin axırı üçün gözlənilir".

Yolda aparılan genişləndirmə işlərinin nə vaxt yekunlaşacağı haqda isə layihənin rəhbəri Dilqəm Qəniyev proseslərin may ayının sonlarında yekunlaşacağını deyib: "Yolun ayrı-ayrı yerlərində işlər aparılır, yol ümumi yekunlaşdırılmayıb, qazıntı və qurma işləri hələ də davam etdirilir".

Xırdalan dairəsində, həmçinin Sumqayıt yolu və Avtovağzal yolu istiqamətində bir aydan çoxdur ki, genişləndirilmə işləri aparılır. Yol 2 hərəkət zolağı enində genişləndirilir. Əsas genişləndirmə işləri Xırdalan dairəsində davam edir və Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də eyni prosesin aparılması nəzərdə tutulur. Tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına qədər genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Qeyd edək ki, yol həm Sumqayıt istiqamətinə gedən tərəfdən, həmçinin "Eurohome"un önünü də əhatə yol, eyni zamanda Avtovağzal istiqamətini əhatə edən yol daxildir. Tikinti-təmir işlərinin sıxlığı əsasən Xırdalan dairəsində müşahidə olunur. Sırf buna görə ərazidə pik saatlarda tıxac meydəna gəlir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə