Gəncə Beynalxalq Avtovağzalında dezinfeksiya işləri aparılıb - FOTOLAR
Korono virusu ilə mübarizə tədbirləri çərçivəsində Gəncə Beynalxalq Avtovağzalında dezinfeksiya tədbirlərinə başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən aparılan profilaktik tədbirlər çərçivəsində sərnişin daşıma ilə məşğul olan avtobuslar, avtovağzalın həyəti, gözləmə zalı və s. yerlər dezinfeksiya edilib.
Ümumiyyətlə virusla bağlı mübarizə tədbirləri çərçivəsində avtovağzal gün ərzində iki dəfə olmaqla dezinfeksiya ediləcək.
Məlumat üçün bildirək ki, Gəncə Beynalxalq Avtovağzalında gün ərzində paytaxt Bakı başda olmaqla ölkənin bölgələrinə 100 dən artıq reys təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB