İordaniyanın nüfuzlu “əl-Dustur” qəzetində tanınmış jurnalist, akademik Mərvan Sudahın “Xocalıya əbədi ağı” adlı məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalədə erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı 1992-ci il fevralın 26-da törətdiyi soyqırımından bəhs edilir.
Müəllif qeyd edir ki, təcavüzkarlar tərəfindən vəhşicəsinə törədilmiş bu faciə soyqırımıdır. Qadın, uşaq, qoca demədən Xocalının günahsız azərbaycanlı əhalisinin – qədim mədəniyyəti ilə Asiya və ümumiyyətlə, dünya tarixinə töhfələr verən bir xalqın nümayəndələrinin qanları axıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB