Könüllülər Respublika Süni Mayalanma Mərkəzində ekskursiyada olublar - FOTO
Samux Dövlət Aqrar İnkişaf Mərkəzində fəaliyyət göstərən aqrar inkişaf könüllüləri Respublika Süni Mayalanma Mərkəzində ekskursiyada olublar. SİA-nın xəbərinə görə, könüllülər mərkəzin rəhbərliyi və işçi kollektivi ilə görüşdən sonra iş prosesi ilə maraqlanıblar. Onlar buğaların saxlanması, yemlənməsi, toxumun alınması qaydaları barədə məlumat almaqla bərabər laboratoriya ilə yaxından tanış olublar. Belə ki, alınan toxumun yoxlanması, katerlərə doldurulması və saxlanma temperaturu barədə ətraflı məlumat alıblar.
Sonda aqrar inkişaf könüllülərinə süni mayalanma mərkəzinin rəhbərliyi tərəfindən süni mayalanma mərkəzinin məlumat kitabçaları və hədiyyələr verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB