Deputat: "Hər bir vətəndaş sağlamlığının qeydinə qalmalıdır" ÖZƏL - AÇIQLAMA
"İctimai nəqliyyatdan istifadə edən biri kimi olduğum yerlərdə, həmçinin bu gün də bir neçə ərazidə yaşayış yerlərinin və binaların ətrafında dezinfeksiya işlərinin aparıldığının şahidi olmuşam". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev ölkədə koronavirusla bağlı aparılan profilaktik tədbirlərə öz münasibətini bildirərkən deyib.
O bildirib ki, Azərbaycanda koronavirusa qarşı mübarizə bu günə qədər uğurla davam etdirilir: "Bu yaxşı haldır ki, ictimai yerlərdə, məktəblərdə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılır. Mən özüm də bütün bunların şahidiyəm. İctimai nəqliyyatdan istifadə edən biri kimi olduğum yerlərdə, həmçinin bu gün də bir neçə ərazidə yaşayış yerlərinin və binaların ətrafında dezinfeksiya işlərinin aparıldığının şahidi olmuşam. Avtobuslarda bununla bağlı oturacaqlar, əl tutacaq yerləri silinir və dezinfeksiya edilir. Bu təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Bu bütün dünyada yayılıb və öz fəsadlarını da göstərib".
Millət vəkili koronavirusdan qorunmaq üçün əhalinin də öhdəsinə böyük bir məsuliyyətin düşdüyünü əlavə edib: "Bu məsələyə təkcə dövlət tərəfindən yox, cəmiyyət tərəfindən də xüsusi diqqət ayırılmalıdır. Profilaktik tətbirlər görülməlidir. Bunun qarşısı maksimum dərəcədə alınmalıdır. Təkcə dövlət orqanları, səhiyyə xidmətləri və tibb işçiləri yox hər bir vətəndaş müvafiq tədbirləri görməlidir. Hər bir vətəndaş sağlamlığının qeydinə qalmalı, deyilən qaydalara əməl etməlidir. Bütün ailələrdə bu tədbirlər görülməlidir. Bunu yalnız dövlətin öhdəsinə buraxmaq olmaz. Hər bir vətəndaşın bu sahədə müyyən bir məsuliyyəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB