Bu ölkələrdə koronavirusa yoluxma halı qeydə alına bilər MÜTƏXƏSSİS RƏYİ

Bu ölkələrdə koronavirusa yoluxma halı qeydə alına bilər MÜTƏXƏSSİS RƏYİ

Qarşıdakı həftələrdə daha bir neçə ölkədə yeni koronavirusa yoluxma halı qeydə alına bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Hong Kong Universitetinin Epidemiologiya və Biostatistika şöbəsinin müdiri Ben Kouling açıqlayıb.

Ekspert söyləyib ki, hazırda vurisa yoluxma ilə bağlı kritik vəziyyət Cənubi Koreya, İtaliya, İrandadır ki, həmin ölkələrə virusun ilk nümunələri infreksiyaya yoluxmuş Çin səyahətçiləri tərəfindən gətirilib. Onun sözlərinə görə, bu baxımdan yaxın günlərdə və ya həftələrdə COVID-19-a yoluxma halına digər ölkələrdə də rast gəlinə bilər.

Mütəxəssis qeyd edib ki, yeni virusun yayılması üçün müəyyən vaxt tələb olunur və COVID-19 çox da tez yayılan infeksiyalardan sayılmır.

Ekspertin fikrincə, virusun yayılma sürəti azalmazsa, COVİD-19-a qarşı ciddi tədbirlər görülməzsə rəqəmlər sürətlə artar və bu da nəticə etibarı ilə ölüm hallarının sayının çoxalmasına gətirib çıxara bilər.

“ÇXR hakimiyyəti yanvarın 23-dən etibarən virusla mübarizə istiqamətində ciddi tədbirlər görməyə başlayıb (epidemiyanın qarşısını almaq üçün). Lakin bu vaxta qədər xəstəliyə yoluxanlar arasında Çini tərk edənlər var ki, məhz onların sayəsində infeksiya digər ölkələrdə də yayılmağa başlayıb”, - deyə Kouling vurğulayıb.

O bildirib ki, laboratoriya şəraiti yüksək olan ölkələr test proqramından istifadə etməklə tez bir zamanda xəstəliyi müəyyən edə bilirlər: “ Lakin laboratoriya potensialı aşağı olan ölkələrdə sətəlcəm xəstələrinin sayında artım və xəstəxanalarda ölüm halı baş verməyincə epidemiyanın mövcudluğunu bilmək çətin olur”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, dekabrın 31-də Çin hakimiyyəti Hubei əyalətində naməlum pnevmoniya xəstəliyi barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni bir koronavirus olduğunu aşkar ediblər. Çində virusa yoluxanların sayı artıq 80 min nəfəri keçib, 2 981 nəfər ölüb, 50 min nəfər isə sağalıb.

Fevralın 28-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun qlobal riskinin qiymətləndirmə səviyyəsinə qaldırıb. Çindən kənarda da yoluxma halları qeydə alınıb. ÜST-nin son məlumatına görə, 72 ölkədə yoluxmuş insanların sayı 10 min nəfəri keçib, 160-dan çox insan ölüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə