İctimai nəqliyyatda problemlər: Sərnişin narazılığı, sürücü məsuliyyətsizliyi - VİDEO
Digər sahələrdə olduğu kimi, sərnişindaşımaların daha da yaxşılaşdırılması üçün də ölkə başçısının rəhbərliyi ilə görülən işlər çəmiyyətimizin diqqət mərkəzindən kənarda deyil. Ələlxüsus, ölkəyə gətirilən və ən son standartlara cavab verən nəqliyyat vasitələri, avtobuslar əhali sayına görə daha sıx olan paytaxt Bakıda sərnişinlərin daha rahat və etibarlı daşınmasına xidmət edir. Bütün bunlar dövlətimizin, ölkə başçımızın vətəndaşlara diqqət və qayğısının bariz nümunəsi, ən tutarlı isbatıdır.
Məsələ burasındadır ki, sərnişinlərin daşınmasında qüsurların olması da günümüzün reallığıdır və sanki kimlərsə yaradılan şəraitin, əldə olunan əlverişli imkanların əleyhinə olaraq, sərnişinlər arasında narazılıqlar yaratmaqda maraqlıdırlar. Paytaxtın ayrı-ayrı yerlərində və ayrı-ayrı istiqamətlərdə hərəkət edən marşrut xətlərindən istifadə edən sərnişinlərin ictimai nəqliyyatdan narazılıqlarının hər zaman şahidi oluruq. Sözsüz ki, bu narazılıqlar sürücülərin sərnişinlərlə davranışından, nəqliyyat vasitələrinin idarə edilməsində yol verdikləri qüsurlardan irəli gəlir.
Son günlər redaksiyamıza bununla bağlı müxtəlif müraciətlər daxil olur və sərnişinlər nəqliyyatın işindən narazılıqlarını bildirirlər. Bizə müraciət edən və mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edən yaşlı və səhhətində yaşla əlaqədar problemləri olan sərnişin Valeh Məhərrəmli ictimai nəqliyyat vasitələrinin işində olan qüsurlardan danışıb. O, qeyd edib ki, hər gün ictimai nəqliyyatdan istifadə edir və hər dəfə də müəyyən qüsurların şahidi olur. Müsahibimiz onu da vurğulayıb ki, ötən gün 125 saylı avtobusla evə edərkən nəqliyyat vasitəsini idarə edən sürücünün səhvi və səhlənkarlığı üzündən yüngül dərəcəli xəsarətlər də alıb. Onun sözlərinə görə, sürücülərin avtobusu saxlamaması və saxladığı zamanda isə onun avtobusa daxil olmasını gözləməməsi səbəbindən dayanacaqda yarım saat qalıb və hətta avtobusa mindiyi zaman sürücünün ehtiyatsızlığı, tələskənliyi, səhlənkarlığı və sərnişinin avtobusa daxil olmasını yetərincə gözləməməsi səbəbindən yıxılıb.
İctimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında narazılıqların sayı heç də az deyil. Sərnişinlərin bir çoxları avtobus sürücülərinin sərnişinlərlə kobud davranmasından, digərləri dayanacaqlardan kənarda saxlamasından, bəziləri hətta dayanacaqlarda belə saxlamamasından gileylənir. Bir çox hallarda isə avtobus sürücülərinin öz marşrut xəttini dəyişməsi barədə sərnişinləri xəbərdar etməməsindən də şikayətlər olur. Beləki, yol şəraiti ilə bağlı müəyyən məhduduyyətlərə görə istiqamətini, yaxud yolunu dəyişən marşrutların sürücüləri bu barədə sərnişinləri xəbərdar etməmələri, nəticədə isə sərnişinlərin gedəcəkləri məsafənin uzanmasına və narazılıqlarına səbəb olur.
Mövzu ilə bağlı qaşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya yenidən qayıdacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB