"Məni narahat edən məsələlərdən biri Azərbaycan dilinin telekanallarda işlənmə qaydasıdır. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev söyləyib ki, Azərbaycan dili bu gün dəyərli fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik olan dillərdəndir. Çünki əsrlər boyu bu xalq öz mövcudluğu zamanı mədəniyyətini, tarixini inkişaf etdirdiyi kimi dilini də çox yüksək səviyyədə inkişaf etdirir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin bu günki iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün Azərbaycan dili bölgədə və dünyada ən dəqiq fikirləri incəliklərinə qədər ifadə etmək qüdrətinə malikdir. Onun sözlərinə görə, çox təəssüf ki, ötən son 10 ildə bir sıra tendensiyaları izləməkdəyik ki, Azərbaycan dilinə müxtəlif yöndən zərbələr vurulmaqdadır və biz də bunu çox sakit şəkildə seyr edirik.
Parlamentin bu sahə ilə bağlı bir sıra qanunlar qəbul etdiyini dilə gətirən B. Muradova vurğulayıb ki, 2003-cü ildə Azərbaycan dövlət dili haqqında qanunun 6-cı maddəsində mülkiyyət formasından asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radioların aparıcılarının bu dili mükəmməl bilməsi və səlis danışıq qabiliyyətinə malik ola bilməsinə dair tələb irəli sürülüb: "Bu tələb bu gün heç də yerinə yetirilmir. Bu gün məni narahat edən ən böyük problem intonasiyadır. Azərbaycan radiosundan və televiziyasından bu sahədə çox böyük örnək götürmək olar. Bu işi yerinə yetirən digər kanallar da var. Bu gün Azərbaycanda bəzi özəl telekanallar var ki, mən onların rəhbərlərilə şəxsən telefonla danışmışam və söyləmişəm ki, siz öz kanallarınızdakı biabırçı xəbərə baxın. Bu hansı dilin intonasiyasıdır? Bir- neçə dəfə "Xəzər" telekanalının rəhbərliyinə bunu bildirsəm də təəssüf ki, xeyri olmayıb. Oradakı aparıcıların sujet arxasındakı danışıqları xüsusilə qəbul edilməzdir. Heç bir dilin, hətta yapon, koreya dilinin də belə intonasiyası yoxdur. İntonasiyada o qədər aqresiya var ki, xəbərdən şou düzəldilir. Qanun da belə bir maddə var ki, proqramlara rəhbərlik edən şəxslər onun məzmununa diqqət yetirməlidirlər. Bu yaradılan şou, xüsusilə də qəza hadisələri ilə yaradılan şoular nəinki uşaqların, hətta böyüklərin də psixikasına təsir edir. Elə haray- həşir qoparırlar ki, elə bil dünya dağılıb. Hansısa filmlərdən kadrlar xəbərlərə yerləşdirilir. Tələb edirəm ki, müvafiq qurumların rəhbərləri, bu işə cavabdeh olan şəxslər, xüsusilə də MTRŞ araşdırma aparsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB