İrandan təxliyə ediləcək vətəndaşların aqibəti necə olacaq? AÇIQLAMA

İrandan təxliyə ediləcək vətəndaşların aqibəti necə olacaq? AÇIQLAMA

"Koronavirusla bağlı təxliyə ediləcək şəxslərə hansı xidmətlərin göstəriləcəyi haqqında məlumatlar operativ qərərgah tərəfindən veriləcək". Bunu SİA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva 4 mart tarixində İrandan Azərbaycana xüsusi dəhliz vasitəsilə təxliyə ediləcək şəxslərə göstəriləcək xidmətlər barəsində danışarkən deyib.

Mətbuat katibi təxliyə ediləcək şəxslərlə bağlı bütün məlumatların Nazirlər Kabinetinin operativ qərargahından veriləcəyini bildirib:

"Ümumiyyətlə, koronavirusla bağlı karantinə alınanlar və digərləri ilə bağlı məlumatları yalnız Nazirlər Kabinetinin operativ qərargahından gözləyirik. Bütün bu proseslər haqqında məlumatlar Nazirlər Kabinetinin saytında yenilənəcək. Bu məlumatlar əsasında həmin şəxslərə hansı xidmətlərin göstəriləcəyini biləcəksiz".

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatına görə, martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaq. Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunmuşdu.

İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə ilkin olaraq karantinə yerləşdiriləcəklər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə