Niyə qadınlar "Covid-19"-a kişilərdən daha çox dayanıqlıdırlar? - ARAŞDIRMA

Niyə qadınlar "Covid-19"-a kişilərdən daha çox dayanıqlıdırlar? - ARAŞDIRMA

Alimlər qadınların infeksiyalara qarşı immunitet sistemlərinin kişilərə nisbətən daha güclü və daha davamlı olduğunu söyləyirlər. Çində xüsusilə koronavirus epidemiyasından sonra ölənlər arasında kişilərin daha çox olması bu məsələni bir daha gündəmə gətirib. SİA-nın araşdırmalarına görə, koronavirus və onun yuxarı tənəffüs yollarının infeksiyası Covid-19 bu günə qədər uşaqlara ölümcül zərər verməyib, lakin zəifləmiş immunitet sistemi olan bir çox orta yaşlı və yaşlı insanların həyatını itirdi və yenə də daha ciddi risklər yaratmaqda davam edir.

Viruslar üzərində ən böyük araşdırma olan Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən nəşr olunan hesabatın diqqət çəkən məqamlarından biri də kişilərin qadınlardan daha həssas olmasıdır. Kişilərdə və qadınlarda eyni nisbətdə yoluxma aşkar edilərkən, ölüm nisbəti kişilərdə 2,8 faiz, qadınlarda 1,7 faiz təşkil edib.

Covid-19-dan əvvəl SARS və MERS xəstəliyində kişilər qadınlara nisbətən daha çox təsirləniblər. Əslində, Annals of Internal Medicine jurnalında yayımlanan araşdırmaya görə, 2003-cü ildə baş vermiş SARS xəstəliyi zamanı yoluxmuş insan əhalisində qadınların sayı daha çox olub, lakin kişilərin ölüm nisbəti qadınlara nisbətən 50 faiz yüksək olub.
Nəticə MERS epidemiyasında da fərqli deyildi. Virusa yoluxmuş kişilərin 32 faizi dünyasını dəyişsə də, qadınların yalnız 25.8 faizi öldü. 1918-ci ildə meydana gələn və milyonlarla insanı öldürən kütləvi tif epidemiyasında ölənlər arasında kişilərin daha çox olduğu qeyd olunur.

Niyə kişilərin immun sistemi zəifdir?

Bir çox mütəxəssis bəzi kişilərdə bioloji vəziyyətin və bəzi kişilərdə isə həyat tərzi seçiminin rol oynadığını düşünür. Xüsusilə kişilərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə kişi cinsinin daha böyük məsuliyyət və daha çox stres altında olduğu qeyd olunur.
Dünyadakı kişilərin daha çox siqaret çəkməsi, fiziki cəhətdən daha ağır işlərdə çalışması, həkim görmək istəməməsi və qadınlarla müqayisədə pəhriz seçimlərinə az əhəmiyyət verməsi kimi amillər də bu nəticənin təsirli olduğu güman edilir.
Məsələn, koronavirusa dair başqa bir araşdırma göstərir ki, kişilər qadınlara nisbətən xəstəxanaya daha gec gedirlər, buna görə xəstəliyin sonrakı mərhələlərində diaqnoz qoyulur.

Qadın hormonlarının üstünlüyü və dezavantajı

Başqa bir fərziyyə, qadınların immunitet sistemində hələ başa düşülməmiş həyatda qalmaq üstünlüyünün nəslin davam etməsini təmin etmək məqsədi ilə qurulmasıdır.

Bu fərqin qadın hormonu, estrogen ilə əlaqəli olduğu düşünülür. Qadınların genlərində iki X xromosomu olduğu və buna əlavə olaraq X xromosomunun immunitet sistemi ilə əlaqəli bəzi genləri daşıdığı da görülür.

ABŞ-ın İowa Universiteti Mikrobiologiya Bölməsinin mütəxəssisləri apardıqları araşdırmalarda SARS virusuna məruz qaldıqda estrogen hormonunun bloklandığı və yumurtalığı olan qadın siçanların daha tez və asanlıqla öldürüldükləri müəyyən edilib.

Qadınların peyvəndlərə daha yaxşı reaksiya verdiyi və aşılandıqdan sonra daha yaxşı bir yaddaşa sahib immunitet sisteminin inkişaf etdirildiyi bildirilir. Bununla birlikdə, bu üstünlüyün ən böyük çatışmazlığı qadınların romatoid artrit və lupus kimi kollagen toxuma xəstəliklərə daha çox meyl etməsidir. Qeyd edilir ki, bu gün kollagen toxuma xəstəlikləri olan insanların 80 faizi qadınlardır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə